Ərdoğanın bəyanatı PKK-nı TƏŞVİŞƏ SALIB

Baxış sayı:
5446

Suriya Türkmən Məclisinin başçısı doktor Məhəmməd Vecih Cuma, Türkiyənin Fərat çayının şərq sahilində əməliyyat keçirəcəyi açıqlamasından sonra PKK-nın təlaşa düşdüyünü söyləyərək deyib: “Menbiçdə barrikadaların sayını artırıblar. PKK bu bölgəni tərk edəcəkmiş kimi davranır. Menbiçin hər yerini qazaraq, 100 metrdən bir böyük çuxurlar açıblar. ”

Türkiyənin Fərat çayının şərqində əməliyyat keçirməsi ilə bağlı fikirlərini bildirən Suriya Türkmən Məclisinin sədri PYD/PKK terror təşklatının işğal elədiyi yerlərdə insanlara çox böyük zülm və təzyiq göstərdiyini bildirib. Cuma deyib: “PYD, Menbiçi işğal elədiyi zaman ilk növbədə evlərimizi əlimizdən aldı. Dədələrimizin, babalarımızın evlərini zalımlıqla, hüquqlarımızı tapdalayaraq əlimizdən aldılar. Hamının evlərini, hətta iş yerlərini qəsb elədilər. Silah gücü ilə regionu idarə edirlər. Bu silahları da Amerika verir. Amerikanın bu davranışını rədd edirik”.

Yeganə ümidimiz əməliyyatdır

Menbiçdəki insanlarla daim əlaqə saxladıqlarını bildirən Cuma deyib: “İnsanlar PKK-ya nifrət edirlər. Onlar artıq Azad Suriya Ordusu ilə türk əsgərini gözləyirlər. Yeganə ümidləri Türkiyədir. Türkiyənin planlaşdırdığı əməliyyatı təkcə dəstəkləmirik, həm də gözləyirik. Yeganə ümidimiz bu əməliyyatdır”.

Geri qayıdana işgəncə

Cuma Amerikanın dəstəklədiyi PKK-nın insanların məcburən köçməsinə səbəb olduğunu söyləyib: “Bu insanlar deyirlər: “Dərhal evlərimizə qayıtmaq istəyirik. Çəkdiklərimiz yetər. Sadəcə, o terrorçular oradan çıxsın. Evimizə qayıdaq”. Terror təşkilatı orada olduğu üçün getməyə çəkinirlər. PKK işğalı altında olan Menbiçə qayıdanlar oldu. Terrorçular Menbiçə qayıdanları həbs elədilər, onlara işgəncə verdilər. PKK-ya heç kəs etibar eləmir”.

“Bölgəni tərk etməyə hazırlaşdıqları hiss olunur”

Prezident Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərqində əməliyyat aparılacağı açıqlamasından sonra PKK-nın böyük bir təşviş içərisində olduğunu bildirən Cuma deyib: “Menbiçdə barrikadaların sayını artırdılar. PKK terror təşkilatı bu bölgəni tərk etməyə hazırlanırmış kimi davranır. Əvvəllər aylıq xərac alırdılar. İndi isə illik almağa başladılar. Çox böyük təşviş içərisindədirlər”./hurriyyet.org