ƏRDOĞANIN BAKIDAKI ÇIXIŞI İRANI NARAHAT EDİB - "O, bu sözlərin Azərbaycanın suverenliyinə xələl gətirdiyini anlamır?"

Baxış sayı:
5317

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi şeirə İranın xarici işlər naziri Cavad Zərif sərt reaksiya verib.

Türkiyə prezidentinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin "Torpaqdan pay olmaz" şeirinə cavab olaraq, Cavad Zərif sosial şəbəkə hesabından paylaşım edib: "Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?"
 

Şeirdən narahatlığını ifadə edən nazir açıqlamasına "HEÇ KİM BİZİM sevgili Azərbaycanımız haqqında danışa bilməz" sözlərini də əlavə edib.