​Ərdoğanın Bakı səfərinin proqramı açıqlandı

Baxış sayı:
2740

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana rəsmi səfərə gələcək.
Muxalifet.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Ərdoğan sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtımızda keçiriləcək tədbirdə iştirak edəcək.
Türkiyə prezidenti səfər zamanı keçirəcəyi görüşlərdə iki ölkə arasında strateji əlaqələrin və işbirliyinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparacaq.