Ərdoğanın Almaniya səfərindəki 3 kritik istəyi

Baxış sayı:
5821

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərindən sonra 27 sentyabrda Almaniyaya rəsmi səfər edəcəyi bəllidir. Bu səfər çərçivəsində Ərdoğanın Türkiyənin qırmızı xətti sayılan 3 əsas şeyi Alman rəhbərliyindən tələb edəcəyi gözlənilir.
 
Türkiyənin Almaniyadan istədiyi başqa şeylər də var təbii ki.
Türkiyə prezidentinin istəklərinin başında fərari FETÖ-çuların Türkiyəyə təhvil verilməsi, PKK terrorçularına Almaniyada fəaliyyət imkanı verilməməsi, gömrük ittifaqının yenilənmə qərarına Almaniyanın qoyduğu vetonun ləğvi kimi məsələlər durur.
Bu arada prezident Ərdoğanın Almaniyaya gedişilə bağlı bir də başqa məqam var.
Staynmayer əvvəlcə Almaniyada xarici işlər naziri idi. Sonra 2017-nin martında prezident oldu.
Prezident Ərdoğanı Almaniyaya şəxsən o, dəvət edib.
Məlamatlara görə, əslində Türkiyə-Almaniya münasibətlərinin bir müstəviyə oturdulması prosesində əvvəl Staynmayerin Türkiyəyə gəlməsi planlaşdırılmışdı.
 Ancaq Alman prezidenti Ankaranın dəvətini gözləmədən, əvvəl davranıb, Ərdoğana dəvət göndərib.
 Bunun bir məqsədi var təbii ki.
Əgər əvvəl Ankara səfərinə gəlsəydi, Staynmayerin prezident Ərdoğanla görüşməsi məhdud qalacaqdı.
Halbuki Ərdoğanı dəvət edərək, daha çox yüksək səviyyəli ikitərəfli görüşlərin önünü açdı.
 Bu sayədə həm Almaniya prezidenti kimi özü, həm də baş nazirləri Merkel, Ərdoğanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.
Staynmayerin bu planı da Almanların, Türkiyə-Almaniya əlaqələrini bir an əvvəl yaxşılaşdırılmasına verdiyi əhəmiyyətin göstəricisidir.
Müxalifət.az