Ərdoğanın Almaniya səfəri PKK-nı hərəkətə keçirdi

Baxış sayı:
646

Terror təşkilatı PKK tərəfdarlarının prezident Ərdoğanın 28-29 sentyabrda Almaniya səfəri əsnasında təxribat xarakterli aksiyalar təşkil edəcəyi müəyyən olunub.
 
Almaniya Kürd Cəmiyyəti Dərnəyinin sədr müavini Mehmet Tanrıverdi, Alman xəbər agentliyi “DPA”-ya məsələyə dair verdiyi açıqlamada, "Ərdoğana burada qırmızı xalça sərilməsini qəbul etmirik" deyə, söyləyib.
Tanrıverdi, başda Berlindəki Brandenburq Qapısı olmaqla, ölkə daxilində etiraz aksiyaları təşkil etdiklərini və aksiyalara müxtəlif təşkilatlardan və Federal Məclisdə təmsil olunan partiyalardan nümayəndələrin də dəstək verməsinə çalışdıqlarını bildirib.
“Bu,kütləvi etiraz aksiyası olacaq" - deyən Tanrıverdi, 10 min ilə 20 min arasında bir iştirakçının olacağını təxmin etdiklərini ifadə edib.
Müxalifət.az