Ərdoğanın açıqlamasından sonra Afrinin MÜHASİRƏ HAZIRLIQLARINA BAŞLANILDI

Baxış sayı:
4147

Türkiyə prezidenti Ərdoğanın AK Partiya qrupundakı çıxışında xəbər verdiyi Afrinin şəhər mərkəzinin mühasirəsi üçün əməliyyatın siqnalları verilməyə başlayıb. Ərdoğanın açıqlamasından sonra pilotsuz SİHA-lar Afrin mərkəzinin sərhədində uçuşlar həyata keçirməyə başlayıb.
 
“Zeytun Budağı” hərəkatı 32-ci günündə də bütün sistemliliyi ilə davam edir. Bu gün səkkiz kəndi birdən alaraq Afrin mərkəzinə addım-addım irəliləyən TSQ rəhbərliyindəki ASO qoşunları Afrin-Azez xəttini birləşdirib.
Ərdoğanın bu gün xəbər verdiyi şəhərin mühasirəsinə yönəlik hazırlıqlar bütün sürətilə davam edərkən, yerli və milli pilotsuz SİHA-lar da sərhəd xəttində uçuşlar etməyə başlayıb.
“Fırtına” topları da fasiləsiz atəşləri ilə terror mövqelərini döyməyə davam edir. TSQ və ASO-nun yaratdığı bufer zonalar ilə davamlı bir irəliləyiş halında olan “Fırtına” topları, mərkəzə yaxın ərazilərə yerləşdirilir.
Müxalifət.az