Ərdoğanın ABŞ səfəri zamanı ermənilər və PKK tərəfdarları Türkiyəyə qarşı birləşdi

Baxış sayı:
14428

ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı Erməni Gənclik Federasiyası və PKK terror təşkilatına dəstək verən Demokratiya üçün Amerikan Rojava Mərkəzi (ARCDEM) kimi qruplar etiraz aksiyaları keçirəcək.

Avropa.info xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsinin (ANCA) “Twitter” səhifəsində mesajda deyilir.

İki lider arasında Ağ Evdə keçiriləcək görüşdən əvvəl Türkiyə əleyhdarları sosial şəbəkələrdə Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlarla bağlı saxta məlumatlar yaymağa başlayıblar.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan amerikalı həmkarı ilə görüşmək üçün Vaşinqtona səfər etmişdi. Ərdoğan və Tramp arasında bu gün keçiriləcək görüşdə Suriya məsələsində əldə olunan razılığın hansı səviyyədə tətbiq olunduğu və ABŞ-ın YPG/PKK ilə münasibətləri müzakirə olunacaq.