​Ərdoğanı zəhərləmək istəyiblər

FETÖ əməliyyatı çərçivəsində həbs edilən Kahramanmaraş Lider İş adamları Dərnəyinin rəhbəri Mahir Keçə haqqında iddianamədə yer alan gizli şahidin ifadələri hər kəsi təəccübləndirib.
Türkiyə KİV-i xəbər verir ki, şahidin ifadəsində “Mahir Keçə 2010-cu ildə toplantılardan birində o dövrdə baş nazir olan Tayyib Ərdoğanın nar suyu içirilərək zəhərlənəcəyini söyləyib” dediyi ortaya çıxıb.
Xatırladaq ki, Mahir Keçə FETÖ üzvü olmaqda ittiham olunaraq avqustun 28-də saxlanılmışdır. Eyni zamanda, 17-25 dekabr çevriliş cəhdindən sonra dərnək üzvlərini iqtidara qarşı təşkilatlandırdığı məlum olmuşdur.