Ərdoğandan Trampa sərt cavab: İmkan verməyəcəyik...

Baxış sayı:
4669

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxış edərək Trampın “Golan Təpələrini” İsrailin ərazisi kimi tanıyacağı fikrinə də münasibət bildirib.
 
Ərdoğan çıxışında, bu sözləri deyib:
 “İslam Əməkdaşlıq Təşkilatı üzvlərin sayına görə BMT-dən sonra ən böyük təşkilatdır. Əlbəttə ki, İsrail rəhbərliyinin davamlı təcavüzünə məruz qalan Qüdsün hüququnu qoruyan təşkilatımızın ilk vəzifəsidir.
Dünən prezident Trampun “Golan Təpələri” ilə əlaqədar talehsiz sözləri bölgəni yeni bir böhranın eşiyinə gətirdi. 1967-ci ildən bəri İsrailin işğalı altındadır. Yalnız ərəblər deyil, türkmənlər də öz yurdlarından köçmək məcburiyyətində qalıblar. Belə həssas bir məsələdə səssiz qalmağımız mümkün deyil. Biz “Golan Təpələri”nin işğalının qanuniləşdirilməsinə heç vaxt icazə verməyəcəyik”.
Müxalifət.az