Ərdoğandan Trampa: Biz hazırıq!

Baxış sayı:
7630

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
 
Prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan və Tramp arasında baş tutan telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən son proseslər müzakirə olunub.
Telefon danışığında, ötən həftə Münbiçdə baş verən iyrənc terror hücumunda həyatını itirən Amerikalı əsgərlər üçün baş sağlığı verən Ərdoğan, bu hadisənin ABŞ-ın Suriyadan çəkilmə qərarına təsir etməyə yönəlmiş bir təxribat olduğunu ifadə edib.
 
TÜRKİYƏ HAZIRDIR
 
 Ərdoğan Türkiyənin Münbiç regionunda təhlükəsizliyi vaxt itirmədən təhvil almağa hazır olduğunu, PKK və PKK-nın Suriyadakı çıxıntılarının Suriyanın şimal-şərqdə yerləşib, stabilliyi pozmağa yönəlmiş terror aksiyalarına icazə verilməyəcəyini vurğulayıb.
İki lider İŞİD terror təşkilatının Suriyadakı qalıqlarını təmizləmək və yenidən ortaya çıxmasını qarşısını alacaq tədbirləri kollektiv şəkildə almaq məsələsində razılaşıblar.
Ərdoğan və Tramp təhlükəsiz bölgə haqqında Türkiyə və ABŞ-ın baş qərargah rəisləri arasında başlayan məsləhətləşmələrin sürətləndirilərək davam etməsi və ikitərəfli ticarət həcminin artırılması məsələlərində fikir birliyinə varıb.
Müxalifət.az