Ərdoğandan Tramp və Putin ilə Yaponiyada tarixi zirvə

Baxış sayı:
4474

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda təhvil alınacaq S-400-lərlə əlaqədar ABŞ prezidenti Donald Trampla görüşəcək. Ərdoğan bu ayın sonunda Yaponiyada təşkil ediləcək G-20 zirvəsində dünya liderləriylə sıx bir diplomatiya sürdürəcək. Ərdoğan 28-29 iyunda Yaponiyanın Osaka şəhərində təşkil ediləcək zirvə çərçivəsində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə kritik mövzuları müzakirə edəcək. ƏRDOĞAN-TRAMP GÖRÜŞÜNDƏ MASADA S-400 OLACAQ Ərdoğan-Tramp görüşündə Rusiyadan təhvil alınacaq S-400 havadan müdafiə sistemləri, F-35 proqramı çərçivəsindəki gəlişmələr və Suriyanın şimalında qurulması planlanan ‘təhlükəsizı bölgə' masada olacaq. Bir müddətdir Ankara-Vaşinqton arasında gərginliyə səbəb olan S-400 mövzusunda iki ölkə hələ də mövqeyini qoruyur. ABŞ tərəfi Rusiyadan S-400 alındığı təqdirdə ABŞ-ın sanksiya tətbiq edəcəyini, buna əlavə olaraq Türkiyənin ortağı olduğu F-35 proqramından çıxarıla biləcəyini bildirir. Ankara isə S-400-lərin "başa çatmış bir razılaşma" olduğunu ifadə edərək geri addım atmayacağını vurğulayır. S-400 mövzusunda iki ölkənin də ortaq bir nöqtəyə gəlməsi üçün G-20-də Ərdoğan-Tramp görüşünün əhəmiyyətinə diqqət çəkilir. Ayrıca Trampın ola biləcək Türkiyə səfərinin də reallaşıb reallaşmayacağı bu görüşmədən sonra dəqiqləşməsi gözlənilir. ÇİN VƏ RUSİYA İLƏ KRİTİK MÖVZULAR MASADA Ərdoğan G-20 zirvəsində digər əhəmiyyətli görüşü Putinlə edəcək. Bu görüşdə isə Suriyadakı gəlişmələr və son günlərdə Əsəd rejiminin intensiv hücumu altındakı İdlibin ana gündəm olması gözlənilir. Astana görüşmələri çərçivəsində gərginliyi azaltma bölgəsi elan edilən İdlibdə son günlərdə artan rejim hücumları Ankaranı hərəkətə keçirmişdi. Ərdoğan ötən ay Putin ilə iki dəfə telefon danışığı apararkən, Milli Müdafiə naziri Hulusi Akar və Xarici İşlər naziri Mevlud Çavuşoğlu da Rus həmkarlarıyla telefonla İdlibdəki vəziyyəti müzakirə etmişdilər. İdlibin yanaşı, S-400 mövzusunun Ərdoğan-Putin görüşündə də gündəmə gəlməsi gözlənilir. Müxalifət.az