Ərdoğandan Tehranda İdlib çıxışı

Baxış sayı:
6226

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Tehranda reallaşan, Türkiyə, Rusiya və İranın qatıldığı üçlü zirvədə danışır.
 
Ərdoğanın çıxışının sətir başları:
“İdlib, yalnız Suriyanın siyasi gələcəyi üçün deyil, milli təhlükəsizliyimiz ilə bölgənin sülh və sabitliyi baxımından da həyati əhəmiyyətə malikdir".
“İdlib kimi hər şeyin iç-içə olduğu bir yerdə terrorçulara qarşı təsirli mübarizədə, vaxt və səbr tələb edən fərqli üsullara ehtiyac var".
“Bugün gərginliyi azaltma bölgələrindən geriyə yalnız İdlib qaldı. Təbii ki, burada müxalifət, regionların komplektləşməsindən sonra baş verən proseslər səbəbiylə onların bu məsələdə aldadıldıqlarını düşünürlər. Türkiyə olaraq şəhidlər verdiyimiz və ciddi fədakarlıq etdiyimiz bu prosesin bu an etibarilə çox riskli bir yerə gəldiyini görürük".
“İdlibin qan gölünə dönməsini heç vaxt istəmirik. Siz dostlarımızdan da bu səylərimizdə bizə dəstək olmağınızı gözləyirik".
“Astana ruhunun özündə minimum ortaqlıqlarda görüş iradəsi göstərməyimiz var. Bu minimum ortaq fikirlərdə isə Suriyanın siyasi birliyinin təmin olunması, ərazi bütövlüyünün qorunması və münaqişəyə sülh bir siyasi həll olmasıdır"
“İdlibd birgə qayğılarımızı nəzərə alan ağlabatan bir çıxış yolu tapmalıyıq".
"(İdlib) Bu regionun və ölkəmizin nail olduğu örtülü təminatının, öz xalqına qarşı qırğınları hələ də yaddaşlarımızda olan Əsəd rejiminin insafına buraxılmasına razılıq göstərmərik".
“Təminatçıların Suriyada yeni zorakılıq dalğası, humanitar böhran yaşanmasına icazə verməyəcəyi mesajı bu zirvədən beynəlxalq ictimaiyyətə verilməlidir"
“PYD/YPG daxil, Suriyadan gələn hər cür terrora və Suriyanın ərazi bütövlüyünü nəzərdə tutan təşəbbüslərə ortaq mövqe tutmalıyıq".
“Türkiyə, xüsusilə Suriyanın siyasi, coğrafi və sosial bütövlüyü həqiqi mənada təmin olunana qədər bölgədəki varlığını qorumaqda qərarlıdır".
Müxalifət.az