Ərdoğandan Tehranda dahiyanə taktika! - TƏHLİL

Baxış sayı:
2902

Türkiyə prezidenti Ərdoğan dünənki sammitin son fürsət olduğunu ifadə edərkən, digər iki tərəfdaşlarını silkələməyə çalışırdı. Meydanda İdlibdəki 3.5 milyon əhalinin həyatını xilas etmək naminə açıq və səmimi şəkildə mübarizə aparan bir lider vardı. Bir atəşkəs qərarı alınmasını təklif etməklə iki tərəfdaşını də ictimaiyyət qarşısında çətin vəziyyətə saldı.
 
Ərdoğanın "son fürsət" vurğusu buna yönəlmişdi. Astana ruhu ilə bu məsələ üç ölkənin yalnız təsirli dar sahəsində həll edilsə, həll edilə bilərdi.
Prezident Putin isə bu təklifdən zəif arqumentlərlə canını qurtarmağa çalışdı. Daha əvvəl Amerikanı günahlandırdığı insansız İHA-larla hücumların İdlibdəki terror ünsürləri tərəfindən aparıldığını söylədi. Digər tərəfdən, "Bu masada atəşkəs elanı üçün görüşəcək terror təşkilatları yoxdur" dedi. Sonra ona düzəliş etdilər deyə, “sülh danışıqlarında terror təşkilatlarının masada olmayacağı" deməklə, etdiyi səhvi düzəltməyə çalışdı.
Nəticədə Astana prosesinin təsdiqi bu kritik dövrdə mühüm nailiyyətdir. İran prezidenti Ruhaninin, növbəti sammitin Rusiyada keçiriləcəyini ifadə etməsi də vacib idi. Çünki bu təşəbbüs, zəif və ikili BMT proseslərini uyğun marşruta salma potensialına malikdir. Üstəlik, Türkiyə burada qərar alıcı və icraçı üç mühüm dövlətdən biridir.
Prezident Ərdoğan son bir həmləylə "terror ünsürlərinə tərkisilah çağırışı" edilməsini sammit gündəliyinə saldı. Bu həmlə, vaxt qazanmaq və terror təşkilatların ləğvi məsələsində Türkiyəyə imkan verə bilərdi. Qaldı ki, terror təşkilatlarının İdlibin cənubunda müəyyən nöqtələrdə yerləşdiyi, bu məlumatların maraqlı dövlətlərin xüsusi xidmətlərində olduğu bilinir. Rusiyanın regiona məskunlaşma məsələsində son addım gördüyü İdlibi ələ keçirməyi hədəf seçdiyi açıqdır. Digər bir riskli məsələ isə, Rusiyanın Fəratın şərqindəki PKK/YPG varlığından bəhs etməməsidir.
Bu da ağla gələcək proseslərdə Suriyanın ərazi bütövlüyü məsələsində Rusiyanın nə qədər inadlı olacağı sualına gətirir. Ruhani bu məsələyə barmaq basdı, lakin İranın əsas məsələsinin buradakı ABŞ varlığı olduğu açıqdır. İdlibdə yaradılan təhlükəsiz bölgə konsepsiyasına Türkiyənin bütün səylərinə baxmayaraq nail olunmadı. Faktiki vəziyyət bunu göstərir. Lakin bu şəkildə də, Ankaraya fərqli qənaətləri inkişaf etdirməsinin də legitimliyi verilmiş olur.
Hər halda, Türkiyə bu işin risklərini yaxşı bilir, meydançanı yaxşı tanıyır. Suriya vətəndaş müharibəsi kimi mürəkkəb bir məsələdə bir gündə nəticə almağın mümkün olmadığını cənab Ərdoğan da ifadə etdi. Rusiya və İran Türkiyənin bu məsələdə ciddiliyini yaxşı analiz etsə, meydançada daha müsbət irəliləyişlərin əks olunması da mümkün ola bilər. Bir daha gördük ki, real siyasi dairəsinə insan amilini yerləşdirən yeganə ölkə Türkiyədir. Tehran Sammiti bunun bir daha təsdiqi oldu. Prezident Ərdoğanın mətbuata açıq hissədə atəşkəs təklifi etməsi dahiyanə bir taktika idi. Beləliklə, ictimaiyyət rəy basqısını arxa qapı diplomatiyasının ünsürü halına gətirdi.
Müxalifət.az