​Ərdoğandan SƏRT SÖZLƏR: ”Yunanları dənizə tökəcəyik”

Baxış sayı:
5299

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İzmirdə söylədiyi şeir qalmaqala səbəb olub. Türkiyə prezidenti İzmirdəki Halkapınar İdman Salonunda AK Partiyanın İzmir bələdiyyə başçısının adı açıqlanan iclasında Muharrem Ertaşa aid olan şeiri söyləyib. Ərdoğan şeirdə , "Aslan yatağına da tülkü girməz. Girsə də gülü dərməz. Alçaq yunan muradına yetişməz. Geçmə deyirlər geçəcəyim İzmirə. Yunanları tökəcəyik dənizə” söyləməsi yunanların qəzəbinə səbəb olub. Sosial şəbəkədə yunanlarla bərabər ermənilər də öz etirazını bildirib. Rəcəb Tayyip Ərdoğanın söylədiyi şeir salonda alqışlarla qarşılanıb./Sfera.az