​Ərdoğandan seçki açıqlaması: Bütün yerlərə...

Baxış sayı:
6799

AKP 2019-cu ilin martında ölkədə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində bütün yerlərə öz namizədlərini irəli sürəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Qeyd edək ki, hazırda bələdiyyə seçkiləri ilə bağlı müzakirə olunan əsas məsələ siyasi partiyaların seçkidə hansı formatda iştirak edəcəyidir. Artıq ittifaq məsələsi ilə bağlı ilk addımlar atılıb. Milliyyətçi Hərəkat Partiyası (MHP) bundan əvvəlki seçkilərdə olduğu kimi, AKP ilə “Cümhur İttifaqı” adı altında qatılmaq niyyətindədir. AKP səlahiyyətliləri bu təklifə cavab olaraq bildiriblər ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-dan səfərdən qayıdandan sonra mövzu ilə əlaqədar AKP və MHP sədrlərinin görüşü mümkündür.