Ərdoğandan S-400 açıqlaması

Baxış sayı:
6877

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdışı zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb, gündəmi qiymətləndirib. Ərdoğan S-400 raket əleyhinə müdafiə sisteminə də münasibət bildirib.
 Ərdoğan, "Hara gediriksə gedək hər kəs S-400-ü soruşur. Dövlət nazirimizə, digər nazirlərimizə hər yerdə S-400 soruşulur; "Alırsınız, almırsınız, niyə alırsınız, əl çəkin bu sevdadan, filan deyirlər. Bizlər də "bu bizim bitmiş bir işimizdir, hər şeyimiz artıq tamamdır deyə cavab veririk. S-400 iyulda təhvil verilməlidir, amma bir az da tez təhvil verilə bilər” deyib.
Müxalifət.az