​Ərdoğandan Rusiya ilə bağlı müjdə: 1 milyard dollar...

Baxış sayı:
595

Rusiya Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərzurumlularla görüşü zamanı deyib. O bildirib ki, Türkiyə 3 il əvvəl Rusiyadan alınan qaza endirim edilməsi ilə bağlı məkhəməyə müraciət edib:
“Sizə bir müjdəm var. Rusiyadan aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik. Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı razılığa gəldik. Buna görə Rusiya bizə 1 milyard dollar təzminat ödəyəcək”.