Ərdoğandan Qətər açıqlaması: "Biz əleyhinəyik"

Biz Qətərə qarşı sanksiyaları doğru hesab etmirik.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Bizə həmrəylik və əməkdaşlıq lazım olduğu dövrdə bu situasiya regiona heç bir xeyir gətirməyəcək. Biz Qətərlə diplomatik münasibətlərimizi davam etdirəcəyik”, – deyə o bildirib.