​Ərdoğandan Qaşıqçı ailəsinə başsağlığı: Hər şeyi edəcəyik!

Baxış sayı:
4333

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminitrasiyası məlumat yayıb.
Telefon əlaqəsi zaman Ərdoğan bu olaydan dərindən kədərləndiyini, Türkiyə olaraq bu prosesi izləyəcəklərini və cinayətin açılması üçün hər şeyi edəcəklərini bildirib.
Türk lider mərhumun ailə üzvlərinə səbr və dözümlülük arzu edib.