Ərdoğandan Putinə zirehli maşın sualı

Baxış sayı:
8704

 Soçi görüşündə Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında keçən “zirehli maşın” dialoqu sosial mediada böyük ictimai diqqətə səbəb olub.
 
Prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə bir araya gəldiyi Soçi sammitində Ərdoğan ilə Putin arasındakı maraqlı bir dialoq yaşanıb.
Ərdoğan minəcəyi avtomobilə işarə edərək, "Zirehlidir görəsən" deyə soruşub.
Ərdoğanın bu sualına qarşılıq Putin maşının şüşəsinə vuraraq "Yox, region zirehlidir" deyə cavab verib.
Putinin bu cavabı başda Ruhani olmaqla, çox sayda insanın gülüşünə səbəb olub.
Müxalifət.az