Ərdoğandan Putinə: “Əgər rejim AFRİNƏ GİRƏRSƏ..”

Baxış sayı:
11107

Türkiyə prezidenti Ərdoğan, Rusiya prezidenti Putin ilə telefon danışığı aparıb.
 
İki lider İdlib və Afrindəki prosesləri müzakirə edib. Ərdoğanın telefon danışığında Putinə Əsəd rejiminin Afrinə girəcəyi iddiaları haqqında, “Rejim bu yola girərsə, nəticələri olur” dediyi bildirilib.
Ərdoğanla Putinin telefon danışığında, terrorizmlə mübarizə mövzusunda əməkdaşlıq və koordinasiyalı hərəkət etməyi davam etdirmək əzmi təsdiq edilib.
Putin-Ərdoğan danışığında, İdlibdə “Gərginliyi Azaltma Bölgəsində” yeni müşahidə nöqtələri yaratmaq prosesilə bağlı məsələlərə də toxunulub.
Müxalifət.az