Ərdoğandan ordu ilə bağlı təlimat

Baxış sayı:
1192

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin peşəkarlığının artırılması ilə bağlı təlimat verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğanın rəhbərliyi ilə Milli Müdafiə nazirliyi və qərargahla birlikdə keçirilən müşavirədə ordunun ən ali səviyyədə peşəkar hazırlığının təmin edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi əmr edilib. TSQ-da yaradılacaq olan yeni sistemdə texniki, mülki, mühəndis, tibbi xidməti kimi heyətlərdə də dəyişiklik olacağı bildirilir. Həmçinin icbari əsgərliklə bağlı qaydaların da dəyişdirilməsi məsələsi yeni sistemdə öz əksini tapacağı bildirilir. İcbari əsgərliyin qəti sürətdə ləğv edilməyəcəyi, amma bu modelə də yeni sistemdə dəyişikliklər ediləcəyi bildirilib. Yeni sistemdə pul qarşılığında qısa müddətli hərbi xidmətin də lazım olduğu qeyd edilib.