Ərdoğandan önəmli açıqlamalar: BİR GECƏ QƏFLƏTƏN GİRƏRİK

Baxış sayı:
3082

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Beştepe Millət, Mədəniyyət və Konqres Mərkəzində təşkil olunan Hakim və Respublika Prokurorları Püşkatma Mərasimində çıxış edib. Afrin və digər bölgələrdə terrorla mübarizəyə toxunan Ərdoğan, çox önəmli açıqlamar verib.
 
Prezidentin çıxışından önəmli hissələr:
“Terrorla mübarizəmizdə konsepsiya dəyişikliyi etdik. Sərhədlərimiz içində də terrorçuları boş buraxa bilməzdik. Onları da tamamilə məhv etmək üçün mübarizəmiz davam edəcək. Suriyadakı əməliyyatın uğuru terror dəhlizinin qarşısını almağa yönəlmişdi. Milli və beynəlxalq hüquq əsas götürülərəkbu addımlar atıldı. Dünən Afrin şəhər mərkəzini nəzarət altına alaraq hərəkatın ən mühüm mərhələsi geridə qaldı. Sonra Münbiç, Resulayn, Qamışlı şəklində terror dəhlizini ortadan qaldırana qədər proses davam edəcək. Şimali İraqdakı terror düşərgələrini da nəzarətimiz altına alacağıq. İraqın mərkəzi hakimiyyətinə də dedik, Sincardakı terrorçuları həll edəcəksinizsə, siz həll edin, həll etməzsəniz yenə bir gecə qəflətən Sincara girərik, oradakı PKK-nı da təmizləyərik. Əgər dostuqsa, qardaşıqsa, onda bizə lazımlı şərait yaradacaqsınız.
 
İŞ ÇOX UZANARSA, YENİ BİR “ZEYTUN BUDAĞI” DA ORADA OLUR
 
Bu iş çox uzansa, yeni bir “Zeytun Budağı” da orada olacaq. Afrindəki əməliyyatımız bu günlərdə hədəfinə çatmışdır. Ancaq əhəmiyyətli olan əməliyyatın necə keçirilməsidir. İndi mən Mosulun son fotoşəkillərini, Raqqanın video qeydlərini izləyirəm, İraqın cənub bölgələrinə qədər video qeydləriəi baxıram, bir də Afrindəki qeydləri izləyirəm. Haradasa binalarda heç bir dağıntı yox kimidir. Amma oralarda nə qədər sərmayə qoyulacaq ki,  oralar dirçəlsin. Biz dağıtmağa, yandırmağa yox, yalnız terrorçuları hədəf alan əməliyyat keçiririk. Fərqimiz də budur".
Müxalifət.az