Ərdoğandan Liviya hökümətinə açıq dəstək

Baxış sayı:
1810

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılaşma Hökuməti Şurasının rəhbəri Fayıq Mustafa əs-Serrac ilə Dolmabağça sarayında bir araya gəlib. Görüşdə, Türkiyə ilə Liviya arasındakı ikili əlaqələr, Liviyadakı son gəlişmələr və regional mövzular müzakirə olunub. Ərdoğan Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinə olan dəstəyini təkrarlayıb və legitimliyi olmayan Hafter qüvvələrinin hücumlarının dayandırılması ilə bağlı çağırış edib. "LİVİYA HÖKUMƏTİNİN YANINDAYIQ" Ərdoğan Liviyanın sülh, dinclik və sabitliyi üçün Fayıq Mustafa əs-Serrac liderliyindəki qanuni Liviya hökumətinin yanında olduğunu ifadə edib. Müxalifət.az