Ərdoğandan kritik MÜNBİÇ AÇIQLAMASI

Baxış sayı:
4903

Özbəkistan və Cənubi Koreyadakı təmaslarından sonra onu müşayiət edən jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Ərdoğan, Afrindəki terror təmizliyinin bitmədiyinə diqqət çəkərək, ABŞ ilə Münbiç məsələsində bir görüşün olacağını deyib.
 
“Türk əsgərinin Münbiçə girməsi kimi bir planın masada olub, olmadığını” soruşan jurnalistə Ərdoğan, “Afrindəki təmizlik hərəkatı yüz faiz bitmiş deyil. Əl istehsalı bombaların zərərsizləşdirilməsi ilə bağlı ciddi nəticə alındı. İdlib və Tel Rifat ilə bağlı proseslər davam edir. Xarici işlər nazirimizin bir ABŞ səfəri olacaq. O səfərdə ABŞın xarici işlər naziri Pompeo ilə Münbiç məsələsini danışacaqlar. Bizlər, Münbiçin YPG və PYD-dən təmizlənməsinə qarşı lazımi addımlar atılmasını arzu edirik". deyib.
Müxalifət.az