Ərdoğandan Kamala: Səviyyəsiz adam...

Baxış sayı:
22135

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziosmanpaşada keçirilən seçki mitinqində CHP lideri Kamal Kılıcdaroğlunu təhqir edib.
Muxalifet.az xəbər verir ki, Türkiyə lideri Kılıçdaroğlunu Yeni Zelandiyada baş verən terror aktı ilə bağlı səsləndirdiyi fikirinə görə təhqir edib:
“Türkiyənin yüksəlişi səlib artıqlarının xoşuna gəlmir. Nə qədər narahat olurlar olsunlar, biz əsla geri addım atmayacağıq.
Siz istəməsiniz də, biz Qüdsün, Qəzzanın haqqını müdafiə edəcəyik. Yəmənli uşaqların, suriyalı möhtacların, afrikalı acların səsi olacağıq.
Terrorun islam ölkəsindən qaynaqlandığını deyəcək qədər səviyyəsiz, zəlil adam. Sən kimin tərəfindəsən? Donuzun, yoxsa bu millətin? Buradan CHP-yə səs verən qardaşlarıma səslənirəm: Bu adam layihədir.
Avstraliyalı senator Fraser Anniqin dedikləri ilə Kamal bəyin dedikləri eynidir”.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu Yeni Zelandiyada ötən gün baş verən terror aktı ilə bağlı Tvitter hesabında “Bu məsələdə Qərb ölkələrinin tapşırığını etməyə, islam ölkələrini öz aralarındakı müharibəni bitirib, barış içində yaşamağa səsləyirik,”- sözlərini yazıb.