Ərdoğandan İsrailə sərt TƏPKİ

 Türkiyə prezidenti Ərdoğan IKBY-nin keçirdiyi referenduma yeganə dəstək verən İsrailə təpki göstərdi.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan  Şimali İraqda keçirilən qeyri-qanuni referenduma yeganə dəstək verən ölkə olan İsrailə təpki göstərdi və “bundan sonra İsraillə atılacaq bir çox addımı atmayacağıq” - dedi. Ərdoğan Bərzaniyə də “Dünya İsraildən ibarət deyil” – deyə, səsləndi;
“Bir müddətdir ki, yeni bir böhranla daha üzləşirik. Şimali İraq regional rəhbərliyi referendumu keçirməkdə davam etdi. İsraildən başqa təşəbbüsü dəstəkləyən ölkə və beynəlxalq təşkilat olmadı. Ona görə də bu hərəkət yeni qarşıdurmaların müjdəçisi olmaqdan başqa məna daşımır.
Müxalifət.az