​Ərdoğandan İrana SƏRT SÖZLƏR – “Eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi?”

Baxış sayı:
666

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib.
Muxalifet.az
Türkiyə mediasəna istinadən xəbər verir ki, Ərdoğan Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bnu  haqda danışıb.
Prezident bildirib ki, İran Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına müxtəlif reaksiyalar verib: “İrandan gələn bəzi açıqlamalardan narahatam. İran heç də uzaq olmayan, 15-20 il əvvəlki keçimişinə nəzər salsa, Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahı ilə bağlı məsələsində hansı mövqe tutduğunu görər. Mənim bu mövqeyimi bütün dünya bilir. Təəssüflər olsun ki, İrandan bizim “Barış pınarı” əməliyyatımıza qarşı müxtəlif reaksiyalar verilib. Təbii ki, bunu İran prezidenti Həsən Ruhanı söyləmir. Amma başda cənab Ruhani olmaqla, bu cür danışanları susdurmaları lazım idi. Onların bu cür reaksiyaları başda özüm olmaqla, bütün dostlarımı narahat edir.
Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi? Bütün bu hərəkətlərin hamısı yanlışdır. Ona görə də, “Barış pınarı” əməliyyatları ilə bağlı verdikləri reaksiyalara görə onları ciddi şəkildə qınayıram. Biz Astana prosesi ilə başlayan və Soçi müqaviləsi ilə davam edən bir mərhələni bundan sonra necə davam etdirəcəyik?”.
 
Muxalifet.az