Ərdoğandan İngiltərə kraliçası HAQDA İLGİNC AÇIQLAMA

Baxış sayı:
7867

Türkiyə prezidenti Ərdoğan, İngiltərə səfərində onu müşayiət edən jurnalistlərlə Londondan ayrılmazdan əvvəl apardığı söhbətdə, Kraliça 2-ci Yelizaveta ilə görüşməyə dair təəssüratlarını bölüşüb.
 
Prezident Ərdoğan, "Kraliça 92 yaşında olmasına rəğmən dəhşət dərəcədə bir yaddaşı var. Yaddaşı o yaşa görə, son dərəcə yaxşıdır. Abdulla bəyin prezident, mənin baş nazir olduğum dövrdə, kraliça Türkiyəyə səfər etmişdi. O, səfəri, o münasibətlə keçirdiyimiz görüşü bütün detallarıyla xatırlayır. Həmçinin etdiyim bu səfərdəki görüşlərim haqqında da təfsilatlı şəkildə məlumat sahibi olduğunu gördüm. Məsələlərə çox yaxşı hakim olduğunu, hər şeyi çox səlist şəkildə danışdığını müşahidə etdim" deyib.
Müxalifət.az