Ərdoğandan Hindistan-Pakistan gərginliyində ilk təmas

Baxış sayı:
5449

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan ilə müharibənin astanasına gələn Hindistanın baş naziri Modi ilə telefon danışığı aparıb.
 
Prezidentin ictimai əlaqələr rəhbərliyindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Hindistan-Pakistan sərhədində baş verən proseslər müzakirə olunub.
Qeyd edək ki, prezident Ərdoğan 28 fevralda Pakistanın baş naziri İmran Xan və 8 martda da Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Guterres ilə Hindistan-Pakistan sərhədində baş verən hadisələrlə bağlı telefon danışıqları aparmışdı.
Müxalifət.az