​Ərdoğandan Haşoqqi çıxışı: "Bunu ört-basdır etmək..."

Baxış sayı:
3958

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında İstanbul baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Haşoqqi barədə çıxış edib.
Muxalifet.az Sputniknews-a istinadla xəbər verir ki, prezident "Washington Post"un köşə yazarı Camal Haşoqqinin İstanbul Baş konsulluğunda xüsusi planla öldürülməsini təsdiqləyib.
O, bildirib ki, saat 1-də İstanbul baş konsulluğuna girən Haşoqqi oradan çıxmayıb.
"Haşoqqi oktyabr ayının 2-də 13:00-da baş konsulluğa girib. Saat 17:00-da polisə onun nişanlısından Haşoqqinin zorla səfirlikdə saxlanılması ilə bağlı məlumat daxil olub. Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik dəstə üzvlərindən biri saxta saqqal və eynək özünü Haşoqqi kimi göstərərək binadan çıxıb.
Bu vaxta qədər əldə olunan dəlillərə əsasən demək olar ki, o, vəhşi cinayətə qurban gedib. Bunu ört-basdır eləmək vicdanları sızıldadacaq. Haşoqqinin öldürülməsi barədə Səudiyyənin etirafı ilk böyük addımdır".