Ərdoğandan gözlənilməz: Yaxında Trampla...

Baxış sayı:
295

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşəcəyini istisna etməyib.
Muxalifet.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) rəsmi qəbul keçirən Ərdoğan hökumətdəki yerdəyişmələrlə də bağlı səslənən iddialara münasibət bildirib.
“Heç vaxt bununla bağlı açıqlama verməmişəm. Media, yaxud kimlərsə istədi deyə, hər dəfə hökumət dəyişikliyi yoluna baş vursaq, sabitlik deyə bir şey qalmaz. Əgər dəyişiklik lazımdırsa, onu da edərik. Lakin kimlərinsə sifarişi ilə dəyişlik heç vaxt etmərəm, elə bir adətim yoxdur”, - deyə Ərdoğan bildirib.