​Ərdoğandan gənclərə: Məmur olmayın

Gənclər məmur olmaqla deyil, sahibkarlıqla maraqlansınlar.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gənclər Şurasında çıxışı zamanı deyib.
O bildirib ki, gənclər özlərinin potensialını əsla kiçiltməməlidir:
“Sizə güvənirəm, mübarizədən qorxmayın. Ömrümün imkan verdiyi qədər yanınızda olacağam. Çalışın ən azı 1 əcnəbi dil öyrənin. Dil tədrisinə xüsusi önəm verin. Sadəcə ingiliscə deyil, mütləq 2-ci dil də öyrənin. Osmanlı dönəmində döyüşçünün, yaxud bir səfirin ən azı 6-7 dil bildiyi deyilir. Osmanlı yazısını da ən azı üzündən oxumağı bacarmalısınız. Siz 600 illik kitablarımıza "fransız" qalsanız, fransız dilini öyrənməyin də bir mənası olmayacaq”.