Ərdoğandan Fransa prezidentinə sərt cavab

Baxış sayı:
7414

Fransa prezidenti Emmanuel Makronun "Türkiyə oradan çəkilsin" açıqlamasına toxunan Ərdoğan, "Sən kimsən ki, bizə 'Çəkilsin' deyirsən. Sən burada sahilyanı ölkəsənmi? Deyilsən. Sənin burayla bir əlaqən varmı? Yox. Amma Türkiyə burada sahilyanı ölkə olmaqla bərabər, bir də Kiprdə qarantor ölkədir. Burada Yunanıstan danışa bilər, İngiltərə də danışa bilər. Niyə? Qarantor ölkədirlər, amma sən danışa bilməzsən. Sənin bir şirkətin varmış. Sənin şirkətin də şirkətin qədər danışar. Daha irəli gedə bilməz. Total. Amma biz işin içindəyik. NATO üzvü Yunanıstanın S-300 alması problem olmazkən, Türkiyənin S-400 əldə etməsi qarşısında nə üçün bu qədər səs-küy qoparırlar? Bu da mənalıdır. O da Rus raketidir, bizim aldığımız S-400 də Rus raketidir. Bolqarıstan S-400 alır, səs çıxmır, amma Türkiyə üçün var. Slovakya, səs yoxdur, amma Türkiyə üçün var. Qüsura baxmayın. Biz də müdafiə nöqtəsində hər cür tədbirimizi alırıq və alacağıq" deyə söyləyib. Müxalifət.az