​Ərdoğandan devalvasiya açıqlaması: Yalnızıq...

Baxış sayı:
10555

Valyuta sahəsində baş verən çalxalanma sadəcə ölkəmizlə bağlı deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Qlobal sferada valyuta bazarında müəyyən dəyişikliklər müşahidə edilir. İnkişaf etməkdə olan ölkələrdə bunun təsiri daha çox hiss edilir. Hər mənada yalnız buraxılan Türkiyədə də bu sınaq qarşısında da yalnızdır. Maliyyə bazarlarındakı proseslərin iqtisadiyyatımızla bir əlaqəsi yoxdur. Öhdəsindən gələ bilməyəcəyimiz bir problem də yoxdur”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Türkiyə lirəsi bu gün də dollar qarşısında dəyərini itirib. Belə ki, artıq 1 dollar 4,84 lirəyə bərabərdir.