Ərdoğandan çox önəmli mesajlar

Baxış sayı:
6058

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Beynəlxalq Yaxşılıq Mükafatları mərasimində iştirak edib. Ərdoğan tədbirdəki çıxışında önəmli mesajlar verib.
 
Ərdoğanın çıxışından sətir başları:
 
DÜNYA YAXŞI İNSANLARIN ÜZÜ SUYU HÖRMƏTİNƏ AYAQDA DURUR
 
“Hər şeyə mənfəət pəncərəsindən baxıldığı dövrdə bu mükafatlar sanki səhradakı vahə kimidir. Mərifət iltifata tabedir. Gündəlik həyatımızda, siyasət, ticarət, beynəlxalq münasibətlərdə şahidi olduğumuz hadisələr insanı insan edən ən böyük xislətin yaxşılıq, yardım olduğunu açıq şəkildə ortaya qoyur. Dünyamız yaxşı insanların, xeyir iş sahiblərinin üzü suyu hörmətinə ayaqda durur.
Dünənin Fironları, Nəmrudu vardı, bu günün də Fironları, Nəmrudu var. Haqq, batil mübarizəsi dünən olduğu kimi, bu gün də var. Bu mübarizə sona qədər davam edəcək".
 
MASKALAR DÜŞDÜ, ƏSL SİMALAR ORTAYA ÇIXDI
 
 “Suriya, İraq, Yəmən, Liviya və Fələstində baş verənlər dostu düşməndən ayıran bir Furkan(ölçü) oldu. Maskalar düşdü, əsl simalar ortaya çıxdı”.
 
“DÜNYANI YAXŞILIQ DƏYİŞDİRƏCƏKDİR"
 
“Dünyanı ehtiras, kin və həsəd deyil, yaxşılıq dəyişdirəcəkdir. Dünyanı kin və nifrət deyil, ehsan yaşadacaqdır".
 
“NETANYAHU ƏGƏR DÜNYADA BİR ZALIM AXTARIRSA, O SƏNSƏN"
 
“Tayyip Ərdoğanın ölkəsində jurnalistlər həbsxanadaymış. Netanyahu sən zalımsan, zalım. İsraildə seçki var deyə həbsxanalarındakı minlərlə qadın, uşaq, qoca bunlara zülm edən sən deyilsənmi? Dünyada bir zalım axtarırsa, o sənsən.
Məscidə çəkmələrlə girən sənin əsgərin, polisin deyilmi? Bunu nə ilə izah edərsən? Bunun izahı olmaz. Bizi təhrik etməyə çalışırsansa, biz təhrik olmayacağıq. Biz bu oyunlarla təhrik olmayacaq qədər ümumbəşəri bir dinin daşıyıcılarıyıq, bu oyuna gəlmərik”.
 
“BƏS Aİ ÖLKƏLƏRİNDƏ EDAM QADAĞAN İDİ”?
 
“Eyni şəkildə Misirdə çevriliş məhkəmələrinin qərarları ilə edam edilən gənclərin acısını ürəklərində hiss etmədilər. Daha bu yaxınlarda 9 gənci edam etdilər. Ey Qərb! Avropa Birliyi, bəs Aİ ölkələrində edam qadağan idi. Siz Sisinin dəvətini necə olur ki, qəbul edirsiniz. O da bir qətliamın təşkilatçısıdır”.
Müxalifət.az