Ərdoğandan Camal Qaşıqçı cinayəti ilə bağlı açıqlama

Baxış sayı:
403

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Paris səfəri öncəsi mətbuat konfransı keçirib.
 
ŞƏHİD SAYI 7-yə YÜKSƏLDİ
 
Ərdoğan, Şemdinlidəki sursat anbarındakı partlayışda şəhid sayının 7-yə yüksəldiyini, 25 yaralı olduğunu açıqlayıb.
 
15 ADAM CİNAYƏTKARI VƏ CƏSƏDİN YERİNİ BİLİR
 
Parisdə ABŞ prezidenti Trampla vaxt olsa, görüşəcəklərini bildirən Ərdoğan, Camal Qaşıqçı cinayətinə də münasibət bildirib: “Camal Qaşıqçı ilə bağlı əlimizdə məlumat var, gələn 15 nəfər qətli sifariş verən cinayətkarı və cəsədin yerini bilir. Camal Qaşıqçı ilə bağlı dəlilləri verdik. Qaşıqçı ilə bağlı gələn Səudiyyə prokuroru kəndirə un səpmək üçün gəlmişdi. Camal Qaşıqçı-nın qatilləri gələn 15 və ya 18 nəfərin içindədir. Başqa yerdə axtarmağa ehtiyac yoxdur" deyib.
Müxalifət.az