Ərdoğandan azanı fitə basanlara mesaj: Öləcəyik, amma...
10-03-2019 20:12
Baxış sayı:
2206
Azana hörmət etməyənlər, bayrağa da hörmət etməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin mitinqində çıxışı zamanı deyib.
“Azana sahib çıxmayanlar düşmən qapıya gələrkən 15 iyuldakı kimi onları alqışlar. Bunlar heç İstiqlal marşımızı da oxumayıblar. Bunların tək dərdi azan və bayraq düşmənçiliyidir. Biz bu bayraq altında doğulduq, bu bayraq altında da öləcəyik. Bayrağımıza göz dikənlərə qarşı son damla qanımıza qədər mübarizə aparacağıq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, dünən Taksim meydanında nümayiş keçirən feminist qruplar azan oxunduğu zaman kütləvi şəkildə fit çalmağa başlayıblar.