Ərdoğandan Avropalı TÜRKLƏRƏ KRİTİK ÇAĞIRIŞ

Baxış sayı:
5773

Türkiyənin prezidenti Ərdoğan Avropalı Türk Demokratlar Birliyinin 6-ci Baş Məclisində etdiyi çıxışında, "Avropa dövlətlərindəki parlamentlərdə ölkəmizə ən böyük kini Türkiyə əsillilərin göstərməsi, bizə qarşı qurulan tələnin haralara qədər vardığını göstərir" deyib.
 
BİZİ BÖLÜB, SONRA BİR-BİRİMİZƏ QARŞI QOYURLAR
 
“Bu gün bəzi ölkələr, bizlərə qarşı mövqe tutursa, bu, bizim oradakı vətəndaşlarımızın dağınıq olmasındandır. Bizləri bölürlər, sonra bir-birimizə qarşı qoyurlar. Avropaya gedəndə, bir tərəfdə Türk bayrağı, bir tərəfdə terror təşkilatının bez əski parçaları ilə qarşılaşırıq. Keçən həftə “Chatam House”-da çıxış edərkən bir Qara Dənizli bacı əlində Türk bayrağı, PKK-lı terrorçular onun əlindən bayrağı almağa çalışdılar. Amma mənim bacım, nənə xatun, Şərifə Bacı o alçağa, o namussuza o bayrağı vermədi. Bu alçaqların bizim xanım qardaşlarımıza da gücü çatmaz.
 
SİZLƏRDƏN XAHİŞİM: AKTİV SİYASƏT APARIN
 
Avropada ölkəmizə ən böyük kini Türk əsillilərin göstərməsi, oyunun böyüklüyünün göstəricisidir. Sizlərdən xahişim yaşadığınız ölkələrdə, fəal şəkildə iştirak edəsiniz. Oralarda ölkəmizə xainlik edənlər deyil, sizlər iştirak etməlisiniz. Türk cəmiyyəti bu gücə sahibdir. Kifayətdir ki, aramızdakı kiçik fərqlilikləri, böyük hədəflərə yeriməyin önünə bir maneə olaraq qoymayaq..Peyğəmbər əfəndimizin “birlikdə rəhmət, ayrılıqda əzab vardır” sözünü əsas alaraq bir-birimizlə bütünleşəcəyik.Çanaqqalada biz Boşnak qardaşlarımızla, bir olmuşuq. Düşməni məğlub etdik. Qardaşlarım 24 iyunda əhəmiyyətli bir seçkiyə hazırlaşırıq. Ölkəmizin gələcək 1 əsrini müəyyənləşdirəcəyik. AK Partiya olaraq keçmiş 16 ildə etdiklərinin şahidisiniz. Sizlər bizi kənardan daha yaxşı analiz etmək imkanına maliksizsiniz. Bizlər içində olduğumuz halların bəzən fərqinə varmırıq. Bəzi prezidentliyə namizədlər Türkiyədə nə olub, bitdiyini bilməsə də, mən sizlərə onları ünvan göstərirəm.
Müxalifət.az