​Ərdoğandan Atatürk haqda gözəl sözlər: Əziz...

Əziz Atatürk, bu gün ağır bədəllər ödəyərək sahib olduğumuz respublikamızın 94-cü ildönümünü böyük həyəcanla qeyd edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Atatürkün qəbrini ziyarət edərkən, Anıtqəbirdəki xatirə dəftərinə yazıb. O, Atatürkü və respublika yolunda mübarizə aparmış qəhrəmanları hörmət və sevgi ilə xatırladığını qeyd edib:
“Bizə əmanət etdiyiniz Türkiyə Respublikası hər sətiri qəhrəmanlıqla, hər səhifəsi fədakarlıqla dolu olan bir mübarizənin əsəridir. Müstəqillik mübarizəmizə, respublikamıza həyat verən ruh 94 il əvvəl olduğu kimi hələ də ayaq üstə, dimdik dayanıb. Tarixə “15 iyul dastanı” kimi düşən bu şanlı müqavimət hərəkatı, ruh və iradənin bütün ölkədə təcəssüm etmiş halıdır. Respublikamızın 94-cü ildönümünü qeyd edərkən, başda siz və silahdaşlarınız olmaqla, bütün qazilərimizin xatirəsini hörmətlə yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Respublika Bayramınız mübarək!”.