Ərdoğandan Almaniya mesajı

Baxış sayı:
2476

Türkiyə prezidenti Ərdoğan, Twitter hesabından, Almaniyaya həyata keçirdiyi səfərlə bağlı fikirlərini bölüşüb.
 
Prezident Ərdoğanın Almaniya ilə bağlı Tvitterdən paylaşdığı fikirilərini təqdim edirik:
“Almaniya ilə əlaqələrin yenidən canlandığı bir dönəmdən keçərkən, Berlinə etdiyimiz rəsmi səfəri bir çox sahədə dialoqu gücləndirmək fürsəti verdi. Səfərimizdə bir müddətdir ki, işləməyən əməkdaşlıq mexanizmlərini yenidən hərəkətə keçirmək məsələsində kansler (Angela) Merkellə fikir birliyinə vardıq. Almaniya ilə yaxın keçmişdə yaşadığımız ağrılı dövrü artıq arxada qoyuruq”.
Ərdoğan, Türkiyə olaraq 15 iyul xain çevriliş cəhdindən sonra FETÖ və uzantıları ilə mübarizə üçün konstitusion bir mexanizm olan fövqəladə vəziyyət (OHAL) tətbiqinin 24 iyun seçkilərindən sonra qaldırıldığını xatırladaraq, yeni hökumət sisteminə keçilərək ölkənin yenidən islahat və tərəqqi yoluna qoyulduğunu qeyd edib.
Avropa Birliyinə (Aİ) üzvlük prosesi çərçivəsində islahatların davam edəcəyini, sərbəst viza məsələsində qalan 6 meyarın ən qısa müddətdə yerinə yetiriləcəyini bildirən Ərdoğan, "Türkiyənin Avropa Birliyinə üzvlük prosesi müəyyən dairələrin şıltaqlıqlarına və siyasi maneə törətmələrinə məruz qoyulmamalıdır. Almaniyanın bu məsələdə Türkiyəyə verəcəyi dəstəyə önəm veririk" deyib.
 
Ölkəmizin gələcəyinə güvənməyə davam etmələrini istəyirik
 
“Ziyarətimizdə ələ aldığımız digər bir məsələ olan Suriyadakı müharibənin sona çatması barədə Almaniya ilə eyni dünyagörüşünə malik olduğumuzu gördük. Almaniyanın Suriya məsələsinin əsasən insanı ölçüsünə göstərdiyi həssaslıq Türkiyə üçün sevindirici haldır".
Müxalifət.az