Ərdoğandan iş adamlarına ÇAĞIRIŞ: Gedin işinizlə məşğul olun!

Baxış sayı:
5224

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısınıda iş adamlarını siyasətə qarışmamağa çağırıb.
Ərdoğan İstanbul seçkilərin ləğvindən sonra  Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyinin (TÜSİAD) "Seçki mühitinə yenidən geri dönmək narahatlıq doğurur" kimi açıqlamasına çox sərt təpki göstərib.
"Bəzi iş adamları qəribə şərhlər verirlər. Bunlar ölkədə normallaşmanı gətirməz. Bizim bu addımımız ölkəmizin gələcəyinə istiqamətli bir normallaşma gətirəcək. Bunu danışdığımız dövrdə sizin belə şərh verməyiniz ölkədə anormallaşmanı gətirəcək. Səhv edirsiniz, öncə hər kəs həddini biləcək. Sən iş adamısan? İşini gör və sənə düşən sandğa get səsini ver. Bizimdə sizə baxışımız dəyişəcək"./Unikal.org