Ərdoğandan ABŞ-a xəbərdarlıq: BAYRAĞINIZI ENDİRİN

Baxış sayı:
1439

Afrin hərəkatının hər an başlayacağını ifadə edən prezident Ərdoğan, ABŞ-ın terror düşərgələrindəki bayraqlarını endirməsi lazım olduğunu söyləyib.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında terror təşkilatları ilə əməkdaşlıq səbəbilə Amerikaya çox sərt mesajlar göndərib.
 
“AMERİKA BAYRAQLARINI ENDİR”
 
Bölgədəki terrorçuları "Qəddarlar ordusu" kimi səciyyələndirən prezident Ərdoğan, Amerikaya terror düşərgələrindəki bayraqlarını endirməsi barədə xəbərdarlıq edib.
 
“BİZ SİZƏ TƏSLİM ETMƏK MƏCBURİYYƏTİNDƏ QALMAYAQ”
 
Ərdoğan, “Terror təşkilatının bazalarındakı bayraqlarınızı özünüz endirin ki, biz sizə təslim etmək məcburiyyətində qalmayaq. TSK ən qısa müddətdə Afrin və Münbiç məsələsini Allahın izni ilə həll edəcək. Hərəkat hər an başlaya bilər" deyə, ABŞ-a ibrətamiz mesaj göndərib.
Müxalifət.az