Ərdoğandan ABŞ və Fransaya AÇIQ MESAJ

Baxış sayı:
4435

Türkiyə prezidenti Ərdoğan, Aydında mitinqdə xalaqa səslənirkən 3991 terrorçunun təsirsiz hala gətirildiyini bildirib: “Bəlkə hazırda 4 min olmuşdur. 2 min kvadrat kilometrlik sahəni nəzarət altına aldıq. Biz öz qərarımızı özümüz veririk. Əsgərlərimiz ASO ilə birlikdə girdi və oradakı terrorçuları darmadağın etdi. Kim nə deyir, desin, biz öz qərarımızı özümüz verəcəyik" deyib.
 
Prezident Ərdoğanın çıxışından satır başları:
“Qardaşlarım, biz bu yola çıxdığımızdan bu günə qədər heç bir zaman bəşər planında heç bir gücün qarşısında əyilmədik. Və bundan sonra da yalnız və yalnız Allahın hüzurunda rüku və səcdədə əyildik. Hazırda “Fərat Qalxanı” Hərəkatını həyata keçirdik. Əsgərimiz bunu bacardı. Eynisini Afrində də etdik. Orda da 2 min kvadrat kilometrlik sahəni nəzarət altına aldıq. Biz öz qərarımızı özümüz verdik. Əsgərlərimiz ASO ilə birlikdə girdi və oradakı terrorçuları darmadağın etdi.
 
“TERRORÇULARI ÖZ İSTEHSAL ETDİYİMİZ SİLAHLARLA MƏHV EDİRİK"
 
Iraqın şimalında də terrorçular var. Oradakıları də yox edəcəyik. Yüzlərcəsini zərərsizləşdiririk. Onları öz istehsal etdiyimiz insansız hava vasitələri ilə yox etdik. Bunlar biz gəlməmişdən əvvəl yox idi. Amma həmd olsun, hazırda hamısını istehsal edirik. Müdafiə sənayesində hər şeyə nail olacağıq. Bizim nəyimiz əskikdir ki"?
Müxalifət.az