Ərdoğandan ABŞ-a sərt cavab

Baxış sayı:
6490

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
 
Ərdoğan ABŞ müdafiə naziri vəkili Şanavanın "Koalisiya qüvvələrinin müşahidə qüvvəsi yaratması" təklifinə sərt münasibət göstərib. Ərdoğan, “Müdafiə nazirimiz lazımi cavabı verdi. Fəratın şərqində PYD, YPG terrorçularına qoruma gücü təsis edilməsi söz mövzusu belə ola bilməz" deyib.
 
BİZ TƏHLÜKƏSİZLİKDƏ OLMALIYIQ
 
“Suriyada qurulacaq təhlükəsiz bölgə məsələsində irəliləyiş varmı” sualına,
Ərdoğan, "ABŞ-ın Suriyadan çəkilmə qərarı bəzi qeyri-müəyyənliklərin yaşandığı bir proses kimi qarşımızda durur. Gecikmələr var. Doxsan gün dedilər, haradasa bir il oldu. Hələ də “edəcəyik” deyirlər. Fəratın şərqinin terror təşkilatlarından təmizlənməsi lazımdır. Təhlükəsiz bölgə Türkiyənin nəzarətində olmalıdır. Əks halda bizim təhlükəsizliyimiz hər an yenə təhdid altında olmağa davam edəcəkdir. İkincisi, təhlükəsiz bölgənin PYD/YPG üçün bir növ qoruma qalxanı olmasına imkan vermərik. Bu barədə çox qərarlıyıq”.
Müxalifət.az