Ərdoğandan ABŞ-a mesaj: Fəratın şərqində lazımi addımlar atılmazsa,…

Baxış sayı:
4285

 AK Partiyanın qrup toplantısında çıxış edən prezident Ərdoğan, Fəratın şərqi üçün fikirlərini bildirib. Ərdoğan, "Fəratın şərqində lazım olan addımlar atılmazsa, biz lazımi addımları atacağıq. Öz göbəyimizi özümüz kəsəcəyik" deyib.
 
Ərdoğan "Terrorizmlə mübarizədə də qətiyyətlə addımlarımıza davam edirik. Münbiçdə 90 günlük bir təqvim var idi. Təqvim işləmədi. Fəratın şərqi üçün də eynisi keçərlidir. Biz özümüz öz göbəyimizi kəsərik. Ən yüksək səviyyədə addım atarıq. Bütün bunlar təkcə ölkəmizin əmin-amanlığı üçün deyil, o bölgədə yaşayan qərib insanların rahatlığı üçündür" deyə bildirib.
Qeyd edək ki, Türkiyə ilə ABŞ Silahlı Qüvvələrinin Münbiç Yol Xəritəsi çərçivəsində, Münbiç şəhəri ətrafında aparacağı birgə patrul öncəsi keçiriləcək təlimlərə qatılmaq üçün ABŞ ordusundan bir qrup şəxsi heyət Türkiyədədir.
Müxalifət.az