Ərdoğandan ABŞ-a cavab! TƏLƏYƏ DÜŞMƏYƏCƏYİK

Baxış sayı:
4039

Türkiyənin prezidenti Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Trampla Parisdə keçirdiyi görüşün detallarını açıqlayaraq, Vaşinqtonun üç PKK-lı başçının tapılması üçün pul mükafatı qoyması barədə, "Biz bunu, PKK ilə PYD-nin ayrı təşkilatlar olduğu iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun olduğunu başa düşürük. Bu oyuna gəlməyəcəyik" deyib.
 
“ABŞ-ın PKK-lı üç şəxs üçün pul mükafatı qoyması gecikmiş bir addımdır. Buna da toxunmaq imkanımız oldu. Biz bunu, PKK ilə PYD-nin ayrı təşkilatlar olduğu iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun formasında başa düşürük. Təbii ki, bu oyuna gələ bilmərik. Əslində YPG-nin verdiyi açıqlamanı da ABŞ edir. Açıqlamada, PYD-YPG olaraq əsasən PKK-dan ayrı olmadığını qeyd edirlər. Bunu artıq ABŞ-ın da görməsi lazımdır. Beynəlxalq aləmin PKK məsələsində çox böyük vəbalı var. BMT-nin çox böyük vəbalı var. Çünki təkcə Qəndil deyil, bir də Mahmur düşərgəsi məsələsi var. Mahmur düşərgsi bildiyiniz kimi, PKK-nın düşmən yuvasıdır. Hazırda orada 12-13 min terrorçu var. Buranı kimin dağıtması lazımdır? Buranın BMT ilə xüsusi bir statusu var idi. BMT də artıq bu işdən bezib. Oranı dağıtmaq istəyirlər. İraqda mərkəzi hakimiyyət də artıq yaranıb. Bu məsələdə istər ABŞ, istər koalisiya qüvvələri, istər mərkəzi idarə ilə daha sıx təmas içinə girərək, Şimali İraq Regional Rəhbərliyini də daxil edərək, İraqdakı PKK varlığı barədə bir iş görməyimiz lazımdır. Bu işi birlikdə aparmağımız lazımdır. Arzu edirəm ki, bu addımlarla inşallah buradakı bu çətinliyi həll edə bilərik. ABŞ-ın bu iddialı çıxışını Qəndildə beləcə fərqli bir zəminə bağlayırıq.
 
İDLİB UĞURU
 
Cənab Tramp, İdlib məsələsinə çox önəm verir. Oradakı uğurumuzu alqışlayır, tərifləyir. YPG məsələsi ilə bağlı bəzi mövzularda öz aralarında bir anlaşmazlıq olduğunu hiss edirəm. Bu məsələdə də birlikdə edə biləcəyimiz çox şey ola bilər - dedim. Fəratın şərqini görürsünüz, həll edə bilmirik və burada müxtəlif gəlişmələr var. Bu barədə Mövlud (Çavuşoğlu) bəyin, müdafiə nazirimizin (Hulusi Akar), tərəf müqabilləri ilə həyata keçirəcəkləri işlər inşallah bizi daha da rahatlaşdıracaq.”
Müxalifət.az