Ərdoğana sui-qəsd hazırlanır – FETÖ

FETÖ-nun prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı hazırladığı ortaya çıxıb.
 
Türkiyə mətbuatı xəbər verir ki, FETÖ yayınladığı görüntülərlə üzvlərinə sui-qəsd təlimatı verib. Kamikadze fəaliyyətləri üçün təşkilatın bütün media orqanları təbliğat işi aparmağa başlayıb. Sosial şəbəkələrdə də təbliğatı artıran və sui-qəsd siqnalları verən FETÖ üzvlərini uğursuzluğa görə məyus olmamağa, görüləcək tədbirlərlə iqtidara zərbə vurulacağına inandırmağa çalışır.
Bu çirkin kampaniya FETÖ üzvü Əmrə Uslunun “Qərbdə liderlər gəlir gedir. Şərqdə liderlər ölür gedir”, - yazmasından sonra başlayıb.