Ərdoğana qarşı plan deşifrə oldu - BÖYÜK OYUN

Baxış sayı:
8604

Sabiq prezident Abdullah Gül və keçmiş nazir Əli Babacan dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı birbaşa mübarizə aparmayacaq.
Bu sözləri “Hüriyyət” qəzetinin yazarı Əbdülqədir Selvi öz məqaləsində yazıb.
O bildirib ki, bu iki şəxs Ərdoğanın vaxtilə Baş nazir Nəcməddin Ərbakana qarşı tətbiq etdiyi strategiya ilə hərəkət edəcək:
“Ərdoğan qurulacaq yeni partiyalara qarşı mübarizə aparacaq. Bu, bəlli oldu. A.Gül və Ə.Babacanın Ərdoğana qarşı incə bir strategiya ilə hərəkət edəcəyi deyilir. Bu mövzunu qətiləşdirdilər. Ərdoğana qarşı birbaşa mübarizə aparmayacaqlar: Ərdoğanı tənqid etmədən Ərdoğanla mübarizə aparmaq...”/Axar