​ƏRDOĞANA QARŞI BÖYÜK İTTİFAQ - 4 müxalifət partiyası razılığa gəlib

Baxış sayı:
4639

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəliblər.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilərlər.
Mayın 6-sı bunun üçün sonuncu gündür.
Bu ittifaqlın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.
Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.